Ana Sayfa > Karusel / Region > Qazaxıstanda kütləvi aksiyalar keçirilir, prezident xalqa müraciət edib
Qazaxıstanda kütləvi aksiyalar keçirilir, prezident xalqa müraciət edib4-01-2022, 23:49. Yazar: Admin |
Qazaxıstanın Janaozen, Aktau və Manqistau vilayətlərində yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Qarabaginfo.az xəbər verir ki, aksiya iştirakçıları maye qazın qiymətinin 120 təngədən 50-60 təngəyə salınmasını tələb ediblər. Hökumət komissiyası məsələ ilə bağlı etirazçılarla danışıq apardıqdan sonra Manqistauda qazın 1 litri 50 təngəyə endirilib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokaev də etiraz aksiyalarına münasibət bildirib. Dövlət başçısı vətəndaşları ağıllı davranmağa və təxribata uymamağa çağırıb. “Bizə konflikt deyil, qarşılıqlı inam və dialoq lazımdır. Gənclərə müraciət edirəm: həyatınızı korlamayın. Sizin bütün qanuni tələbləriniz diqqətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək. sabah bununla bağlı iclas keçiriləcək” – deyə, Tokayev vurğulayıb. Dövlət başçısı ölkədəki vəziyyəti müzakirə etmək üçün yanvarın 5-nə hökumətin iclasını çağırıb.(Apa) Geri dön |