Ana Sayfa > Karusel / Gündəm > “Süni qiymət artımı olarsa, İqtisadiyyat Nazirliyi və qurumları mütləq müdaxilə etməlidirlər”

“Süni qiymət artımı olarsa, İqtisadiyyat Nazirliyi və qurumları mütləq müdaxilə etməlidirlər”


4-01-2022, 19:34. Yazar: Admin

“Süni qiymət artımı olarsa, İqtisadiyyat Nazirliyi və qurumları mütləq müdaxilə etməlidirlər”

“Təbii ki, unun qiymətinin kəskin qalxması sırf Azərbaycanla əlaqəli deyil. Bütün dünyada ərzaq qiymətləri pandemiyadan sonra müəyyən qədər artıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Burada pandemiya ilə əlaqədar istehsalın azalması, nəqliyyat logistikanın zəifləməsi, Nyu -York birjasında keçən aylarda unun bir tonun 220 dollara yaxınlaşması tarixin ən böyük zirvə qiymətlərindən biri idi.

Qarabaginfo.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Elçin Süleymanov deyib.

Ekspert qeyd edib ki, Avropada qazın qiymətinin bir neçə dəfə qalxması da bahalaşmaya müəyyən təsiri oldu:

“Çünki ondan bəzən alternativ enerji mənbəyi kimi də istifadə olunur. Başqa bir səbəb isə inflyasiya ilə əlaqəlidir. Pandemiyadan sonra dünyanın əksər ölkələrində, hətta dünyanın güclü iqtisadiyyatı olan ölkələrdə də inflyasiya 3-4, bəzən 10 faiz oldu. Bu da təbii ki, buğdanın qiymətinə təsir göstərdi. Düzdür, Azərbaycan istehlak etdiyi buğdanın hardasa 70-80 faizini özü istehsal edir. Burada 15-20 faiz idxal var, həmçinin buğda ƏDV-dən də azaddır və dolayısı ilə hökumət maksimum qiymət artımı risklərini əngəlləyib. Amma buna rəğmən dünya birjalarındakı artım yanacaq qiymətlərinin, daşınma qiymətlərinin artması müəyyən mənada buna təsir göstərir. Təbii ki, un bahalaşdığı zaman çörəyin qiymətinə təsir göstərir. Düzdür, çörək qiyməti müəyyən qədər tənzimlənən bir qiymətdir. Hətta, hökumət müəyyən müdaxilələr edir, amma bu, qaçılmazdır, yəni maya dəyəri artdığı zaman satış qiyməti də artmalıdır”.

Ekspert qeyd edib ki, dünyadakı artım biraz fərqlidir: “Çünki Avropa və Qərb ölkələri çox çörək istehlak edən cəmiyyətlər deyil. Avropada və Amerikada çörək 4-5 avro, dollar civarıdır. Orada həm ailə fərdlərinin sayı azdır, həm də onlar bahada olsa ağ çörəyin ürək riski olanlara mənfi təsirindən dolayı çox az çörək istehlak edən cəmiyyətlərdi. Amma Azərbaycan cəmiyyəti biraz fərqlidir. Biz də insanlar çörək istehlak etməyi sevir, süfrəmizin əhəmiyyətli atributlarından biridir. Ona görə də dolayısıyla çörək qiymətindəki müəyyən artım ailə büdcəsində kifayət qədər təsir göstərir. Qeyd edim ki, çörək sexləri qiymət artışı zamanı ilk addımda çörək qiymətinə yox, onun çəkisinə yansıdırlar, yəni çəkisini azaldaraq kompensasiya etməyə çalışırlar. Təbii ki, mahiyyət olaraq bir şey dəyişmir. Onu qeyd etmək lazımdır ki, İqtisadiyyat Nazirliyi və qurumları süni artım olarsa, mütləq müdaxilə etməlidirlər. Çünki dediyim kimi, burada həm qlobal, həm də lokal səbəblər var. Bildiyimiz kimi, yanvar ayının 1-dən pensiyalar və maaşlar müəyyən qədər artırılır və pul kütləsi artır. Artan kütlə təbii ki, qiymət artımına, tələb artımına səbəb olur. Bütün hamısına kompleks yanaşmaq lazımdır”.


Geri dön