Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə bir ildə 1 100-dən çox terrorçu zərərsizləşdirilib
Türkiyədə bir ildə 1 100-dən çox terrorçu zərərsizləşdirilib4-01-2022, 18:51. Yazar: Admin |
Son bir ildə Türkiyədə keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvü zərərsizləşdirilib. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin rəis müavini İsmayıl Çataklı 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Çataklı xatırladıb ki, hazırda dağlarda 156-dan çox terrorçu gizlənir. “Əvvəllər ildə 5 min insan terrorçuların sıralarına qoşulurdu, lakin o zaman da istədiklərinə nail ola bilmirdilər. İndi onların sayı 156-dan azdır, sözsüz ki, məqsədlərinə çata bilməyəcəklər”, - Nazirlik rəsmisi bildirib. 2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib. Geri dön |