Ana Sayfa > Karusel / Gündəm > Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb


4-01-2022, 18:01. Yazar: Admin

Bakı Şəhər Statistika İdarəsi

Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.

Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.


Geri dön