Ana Sayfa > Karusel / Gündəm > DSX-nin hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

DSX-nin hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib


4-01-2022, 16:27. Yazar: Admin

Baş Prokurorluq bir qrup sosial media istifadəçilərinə xəbərdarlıq etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

DSX-nin hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

"Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır. Bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", məlumatda qeyd edilib.


Geri dön