Qazax sakini dəm qazından zəhərlənib.
Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
1996-cı il təvəllüdlü Ş.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 26 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.