Ana Sayfa > Karusel / Siyasət > İbrahim Rəisi: “Ümid edirik, Azərbaycanla Ermənistan arasındakı məsələlər sülhlə həll olunacaq”
İbrahim Rəisi: “Ümid edirik, Azərbaycanla Ermənistan arasındakı məsələlər sülhlə həll olunacaq”3-01-2022, 21:37. Yazar: Admin |
"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”. Qarabaginfo.az “Haber7.com”a istinadən xəbər verir ki, bu fikirləri İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib. İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi və Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri və sülh danışıqlarını müzakirə ediblər. Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır. Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.(Report) Geri dön |