Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) yeni baş katibi vəzifəsinin icrasına başlayıb. Qarabaginfo.az-ın GECF-ə istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Mohamed Hamel gətirilib. O, bu gün vəzifəsinin icrasına başlayıb. M.Hamel əslən Əlcəzairdəndir və GECF nazirlərinin ötən il noyabrın 16-da Boliviyada keçirilən 23-cü toplantısında 2 illik baş katib seçilib. M.Hamel bu təyinata qədər Neft İxrac Edən Ölkələrin Təşkilatında (OPEK) və Əlcəzair hökumətindən müxtəlif vəzifələrdə çalışıb.
Geri dön
|