Ana Sayfa > Karusel / Gündəm > Nüvə ölkələrinin liderləri təhlükəsizliyə dair bəyanat yayıblar
Nüvə ölkələrinin liderləri təhlükəsizliyə dair bəyanat yayıblar3-01-2022, 18:48. Yazar: Admin |
ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar. Qarabaginfo.az xəbər verir ki, bu dövlətlərin rəsmi saytlarında yerləşdirilən bəyanatda nüvə müharibəsində qalibin olmayacağı vurğulanır: “Nüvə silahlarının tətbiqi çox böyük əhatəli fəsadlara səbəb olacağı üçün hələ də mövcud olan nüvə silahlarının yalnız müdafiə məqsədlərinə, hərbi təcəvüzə yol verməmək, müharibənin qarşısını almaq məqsədlərinə xidmət etməsinin vacibliyini təsdiqləyirik. Fikrimizcə, bu cür silahların yayılmasına son qoyulmalıdır”. Bəyanat müəllifləri 1968-ci ildə imzalanmış Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulmuş öhdəliklərinə sadiq olduqlarını bildiriblər. Geri dön |