Ana Sayfa > Karusel / Gündəm > Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək görüşünə qatılmayacaq
Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək görüşünə qatılmayacaq3-01-2022, 17:46. Yazar: Admin |
Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək növbəti görüşündə iştirak etməyəcək. Qarabaginfo.az-ın Gürcüstan bürosunun xəbərinə görə bunu Gürcüstanın Türkiyədəki səfiri Georgi Cancqava Türkiyə mediasına açıqlamasında deyib. Səfir qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycanı strateji tərəfdaşları kimi, Ermənistanı isə tarixi qonşusu kimi görür. Bununla belə səfir, “altılıq platforma”sı iştirakçılarından olan Rusiyanın Gürcüstan ərazilərinin 20 faizini işğal edən bir ölkə olduğunu vurğulayıb. Xatırladaq ki, “altılıq platforması”nın ilk iclası dekabrın 10-da Moskvada keçirilib. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Geri dön |