Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənilərin qoyub qaçdığı silah-sursatın ümumi sayı açıqlandı
Ana Sayfa > Karusel / Qarabağ > Ermənilərin qoyub qaçdığı silah-sursatın ümumi sayı açıqlandı

Ermənilərin qoyub qaçdığı silah-sursatın ümumi sayı açıqlandı


3-01-2022, 14:44. Yazar: Admin

2021-ci ildə işğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.


Geri dön