Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyə ötən il ixracatda rekorda imza atıb

Türkiyə ötən il ixracatda rekorda imza atıb


3-01-2022, 14:16. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə 2021-ci ildə rekord həcmdə mal və məhsul ixrac edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin ixracatı ötən il 225 milyard 368 milyon dollar təşkil edib ki, bu da rekord sayılır.

Onu sözlərinə görə, 2021-ci ildə ixracat 2020-ci illə müqayisədə 32,9% artıb.


Geri dön