Ana Sayfa > Karusel / Kriminal > Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktorunun məhkəməsi başlayır
Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktorunun məhkəməsi başlayır3-01-2022, 11:37. Yazar: Admin |
Bakı şəhər Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Xocahəsən Sağlamlıq Mərkəzinin direktoru Əliyar Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur. Geri dön |