Ana Sayfa > Karusel / Dünya > Amsterdamda polislə etirazçılar arasında şiddətli toqquşma olub

Amsterdamda polislə etirazçılar arasında şiddətli toqquşma olub


2-01-2022, 21:37. Yazar: Admin

Amsterdamda polislə etirazçılar arasında şiddətli toqquşma olub - VİDEO

Niderland Krallığının paytaxtı Amsterdamda COVID-19 pandemiyası ilə əlaqədar tədbirlərin əleyhinə etiraz edənlər və polisi arasında şiddətli toqquşma baş verib.

Qarabaginfo.az bildirir ki, bu barədə “Guerilla Reporters”in Twitter səhifəsində məlumat verilib.

Sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb.

Videodan görünür ki, polis qalxan və dəyənəklərdən istifadə edir, bundan başqa aksiyada xidməti itlər də var.

“NL Times” isə qeyd edir ki, etirazlar şiddətli toqquşmalara çevrildiyi üçün polis güc tətbiq etməyə məcbur olub.

Ümumilikdə mitinqdə 3,5 mindən çox insan iştirak edib. Polis aksiya daha bir neçə min insanın iştirak edəcəyini gözləyir.

 


Geri dön