Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


2-01-2022, 16:45. Yazar: Admin

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 345 285, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 401, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 476 609, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 275 təşkil edir.


Geri dön