Ana Sayfa > Karusel / Region > Rusiyada avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 21 nəfər yaralanıb

Rusiyada avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 21 nəfər yaralanıb


2-01-2022, 10:26. Yazar: Admin

Rusiyada avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 21 nəfər yaralanıb - VİDEO - FOTO - YENİLƏNİB

Rusiya Daxili İşlər Nazirliyi Ryazan vilayətində baş verən qəzada 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı barədə məlumat yayıb.

 

Rusiyanın Ryazan vilayətində avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə RİA Novosti-yə Daxili İşlər Nazirliyinin regional qərargahından məlumat verilib.

Hadisə yerli vaxtla saat 05.45 radələrində Moskva - Həştərxan magistralının Skopinski rayonunun Voslebovo kəndi yaxınlığında baş verib.

Məlumata görə, nəqliyyat vasitəsi Moskvadan Həştərxana doğru hərəkət edirmiş və dəmir yolu körpüsünün dayağına çarpılıb. Avtobusda 49 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.(Apa)


Geri dön