Ana Sayfa > Karusel / Siyasət > Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı
Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı1-01-2022, 18:04. Yazar: Admin |
“Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu”. Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib. “2021-ci il müharibənin dəhşətləri səbəbindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə təəssürat yaranırdı ki, müharibədən sonraki həyəcan idarəolunmaz hal alacaq, xaosa və vətəndaş qarşıdurmasına çevriləcək”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hələ müharibənin sarsıntısını dəf etməyib və hələ uzun müddət də etməyəcək. Geri dön |