Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb
Ana Sayfa > Karusel / Kriminal > Bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

Bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb


1-01-2022, 10:53. Yazar: Admin

Bayram günü 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.


Geri dön