Ana Sayfa > Karusel / Siyasət > Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib


31-12-2021, 21:23. Yazar: Admin

NATO-nun baş katibi Yens Stoltenberq

 

"NATO yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır".

Qarabaginfo.az  “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.
“Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq”, deyə Baç katib “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca, məsələ yanvarın 12-də NATO Şurası – Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək.(Apa)


Geri dön