Ötən sutka ərzində Ukraynada yeni növ koronavirusa (COVİD-19) 7 029 yoluxma halı qeydə alınıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da ölkədə koronavirusa yoluxma hallarının sayı 3 667 649-a çatıb. Son sutkada 209 nəfər COVİD-19-dan ölüb. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 95 899 nəfərə çatıb.