Ana Sayfa > Karusel / Qarabağ > Ağdamda ekskovator minaya düşüb, sürücü xəsarət almayıb

Ağdamda ekskovator minaya düşüb, sürücü xəsarət almayıb


31-12-2021, 15:31. Yazar: Admin

Ağdamda ekskovator minaya düşüb, sürücü xəsarət almayıb

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.
Ağdam Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Geri dön