Ana Sayfa > Karusel / Gündəm > Polislər şəhid ailələrilə - FOTO

Polislər şəhid ailələrilə - FOTO


31-12-2021, 11:24. Yazar: Admin

Xızı  Rayon Polis Şöbəsinin əməkdaşları dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin  ailələrini və aztəminatlı ailələri ziyarət ediblər.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Onların problemləri ilə maraqlanıblar. Polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim ediblər.


Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin hünəri, əziz xatirəsi yad edilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 


Geri dön