Ana Sayfa > Karusel / Cəmiyyət > Ədliyyə naziri: “Amnistiyaya düşən məhkumların artıq 2600-dan çoxu azadlığa buraxılıb”
Ədliyyə naziri: “Amnistiyaya düşən məhkumların artıq 2600-dan çoxu azadlığa buraxılıb”30-12-2021, 22:00. Yazar: Admin |
“Dövlət başçısının təşəbbüsü ilə noyabrın 5-də Zəfər Günü münasibətilə amnistiya qərarının qəbulu ölkə Prezidentinin humanizm siyasətinin növbəti təzahürü olmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş edib”. Qarabaginfo.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov kollegiya iclasında bildirib. Onun sözlərinə görə, ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dən çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb və 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb. Hazırda amnistiya qərarının icrası davam edir. Geri dön |