Ana Sayfa > Karusel / Səhiyyə > TURKOVAC vaksini ilə peyvəndləməyə başlanılıb

TURKOVAC vaksini ilə peyvəndləməyə başlanılıb


30-12-2021, 19:44. Yazar: Admin

 

Türkiyədə yerli TURKOVAC-la peyvəndlərə başlanılıb

Türkiyənin İstanbul şəhərində yerli TURKOVAC dərmanı ilə peyvəndlərə başlanılıb

Qarabaginfo.az TRT-yə istinadən xəbər verir ki, dərman artıq paytaxt sakinlərini peyvənd etmək üçün istifadə olunur.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ötən gün Ankara Şəhər Xəstəxanasında gücləndirici doza olaraq yerli dərmanla peyvənd edilib.

Koca həmyerlilərini yerli təsirsizləşdirilmiş peyvəndlərə üstünlük verməyə çağırıb.

Türkiyənin Səhiyyə Nazirliyi daha əvvəl TURKOVAC peyvəndinin təcili istifadəsinə icazə verib.

Peyvəndin seriyalı istehsalı ölkənin cənub-şərqindəki Şanrurfa vilayətində təşkil olunub.


Geri dön