Ana Sayfa > Karusel / Siyasət > BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib
BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib30-12-2021, 18:30. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinin "Twitter" hesabında məlumat verilib. “Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı telefon söhbətimiz oldu”, - A. Şahid vurğulayıb.
O, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib. Geri dön |