Ana Sayfa > Karusel / Siyasət > Mərkəzi Bank bu güzəşt müddətini bir il uzatdı

Mərkəzi Bank bu güzəşt müddətini bir il uzatdı


30-12-2021, 18:22. Yazar: Admin

Mərkəzi Bank bu güzəşt müddətini bir il uzatdı

Ani Ödənişlər Sistemi vasitəsilə fiziki şəxslər tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə xidmət haqqı tariflərinə tətbiq olunan güzəşt müddəti uzadılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankməlumat yayıb.

Bildirilib ki, AÖS-ün istismara verilməsi ilə fiziki və hüquqi şəxslər üçün maliyyə xidmətlərinə 24/7/365 rejimində çıxış imkanı yaradılmaqla, istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən real rejimdə köçürmələrin aparılması, Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin icrası, habelə QR kod vasitəsilə ödənişlərin həyata keçirilməsi təmin edilmişdir. Sistemin funksionallıqlarının genişləndirilməsi tədbirləri çərçivəsində AÖS-ün “AniPay” mobil tətbiqi və internet səhifəsi (www.anipay.az) istismara verilib və multibankçılıq funksionallığı əsasında müştərilərə bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı təqdim olunub.

Eyni zamanda, iştirakçı bankların elektron bankçılıq xidmətlərinin AÖS-ə inteqrasiyası üzrə işlər aktiv şəkildə davam etdirilir.

AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti strateji dövr ərzində dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilib və güzəşt müddəti 01 yanvar 2022-ci ildən 01 yanvar 2023-cü il tarixinədək uzadılıb.


Geri dön