Ana Sayfa > Karusel / Sosial > Göyçay-Ucar avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb

Göyçay-Ucar avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb


8-02-2019, 14:33. Yazar: Admin

 

 

 Bu gündən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

"Qarabaginfo" xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report”a məlumat verilib. Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki,minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneə yoxdu. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

“Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - məlumatda deyilir. 


Geri dön