Ana Sayfa > Karusel / Gündəm > UEFA-dan Kadi ilə bağlı daha bir paylaşım

UEFA-dan Kadi ilə bağlı daha bir paylaşım


29-12-2021, 23:26. Yazar: Admin

UEFA-dan Kadi ilə bağlı daha bir paylaşım

UEFA Avropa Konfrans Liqasının rəsmi Tvitter səhifəsi “Qarabağ”ın futbolçusu Kadi Borxeslə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda vurduğu qol paylaşılıb.

“Uzaq məsafədən vurulan hansı qol daha yaxşıdır?” sualı ilə paylaşılan 4 qoldan biri də Kadinin qoludur.

Qeyd edək ki, həmin qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı. Həmin qol qrup mərhələsinin ən yaxşı qolu seçilmişdi.

 


Geri dön