Ana Sayfa > Karusel / Gündəm > Arazdəyən-Naxçıvan-Culfa dəmir yolunun tikinti müddəti açıqlandı
Arazdəyən-Naxçıvan-Culfa dəmir yolunun tikinti müddəti açıqlandı29-12-2021, 22:58. Yazar: Admin |
“Arazdəyən (Yerasx)-Naxçıvan-Culfa dəmir yolunun tikintisi bir ilə başa çatdırıla bilər”. Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan danışıb. "İlkin hesablamalara görə, bu hissənin fəaliyyətə başlaması, yüklərin daşınması 10 aydan 1 ilə qədər vaxt aparacaq, qalan hissəsi üçün isə daha çox vaxt tələb olunacaq", - Sanosyan bildirib. O qeyd edib ki, bəzi sahələr geniş iş tələb ediləcək, digərlərinin isə bərpa və işə salınması daha asan olacaq və bunlardan ən mühümü Arazdəyəndən Naxçıvana, daha sonra isə İran istiqamətində olan yoldur. Erməni nazir vurğulayıb ki, Mehri və Horadiz ərazisində vəziyyət xeyli mürəkkəbdir - orada köhnə yol sökülüb. Geri dön |