Ana Sayfa > Karusel / Siyasət > “Dövlət icbari şəxsi sığorta” altsistemi yaradıldı

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradıldı


29-12-2021, 20:59. Yazar: Admin

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradıldı

Prezident İlham Əliyev dövlət icbari şəxsi sığorta ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsi, bu sahədə dövlət informasiya ehtiyatları və sistemləri arasında müvafiq məlumat mübadiləsinin və şəffaflığın artırılması, müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Dövlət icbari şəxsi sığorta” altsistemi (bundan sonra – altsistem) yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemin formalaşdırılmasını 2022-ci il iyulun 1-dək təmin etməlidir;

Altsistemə daxil ediləcək məlumatların, o cümlədən, dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görməlidir;

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların altsistemə daxil olunmasını təmin etməlidirlər.

Milli Məclisə, Baş Prokurorluğa və məhkəmələrə tövsiyə olunur ki, dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların altsistemə daxil edilməsini təmin etməlidirlər.

Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq, kağız və elektron daşıyıcıda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidirlər.

Nazirlər Kabineti dövlət icbari şəxsi sığorta sahəsində vahid qanun layihəsini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir;

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə dəyişikliklər edilib.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


Geri dön