Ana Sayfa > Karusel / Sosial > Sabahın hava PROQNOZU - Yağış yağacaq
Sabahın hava PROQNOZU - Yağış yağacaq8-02-2019, 14:09. Yazar: Admin |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb. Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq Fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Geri dön |