Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermişik"

Rusiya XİN: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermişik"


29-12-2021, 18:19. Yazar: Admin

 

Rusiya XİN: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermişik

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına böyük töhfə verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin xarici siyasət yekunları ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına nail olub.

"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edilib. Dekabrın 10-da Moskvada “3+3” formatında “3+3 regional məşvərət platformasının təsis iclası keçirilib", - açıqlamada qeyd olunur.


Geri dön