Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda son sutkada 530 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 530 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycanda son sutkada 530 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib


29-12-2021, 16:45. Yazar: Admin

Azərbaycanda son sutkada 530 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib, aktiv xəstə sayı 9756 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, ötən müddət ərzində isə ümumilikdə 5 842 565 test aparılıb.


Geri dön