Ana Sayfa > Karusel / Region > Rusiyanın agenti Valeri Pekrezin Xankəndinə getməsinin SİRRİ AÇILDI: KREMLİN PLANI NƏDİR? - AÇIQLAMA

Rusiyanın agenti Valeri Pekrezin Xankəndinə getməsinin SİRRİ AÇILDI: KREMLİN PLANI NƏDİR? - AÇIQLAMA


29-12-2021, 14:54. Yazar: Admin

Fransalı prezidentliyə namizədlərin bəzilərinin Xankəndiyə getməsi, bəzilərinin isə ora buraxılmaması Rusiyanın bu ölkədəki seçkilərdə öz adamını hakimiyyətə gətirmək istəyi ilə bağlıdır. Rusiyaya qarşı çıxışları ilə seçilən Erik Zemmur Ermənistana gələn ilk namizəd olsa da, onu separatçılarla görüşə buraxmadılar. Amma Rusiyanın agenti sayılan Valeri Pekrez Xankəndinə getdi. Beləcə, Rusiya Pekresin Fransadakı erməni diasporasının əksər hissəsinin səsini almasına kömək etmiş oldu”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri, siyasi şərhçi Zaur Məmmədov səsləndirib. O bildirib ki, hazırda NATO – Rusiya münasibətləri baxımından çox gərgin ilə daxil oluruq: “Şimal axını 2” və Rusiya ilə ilıq münasibətlərin tərəfdarı Merkel yoxdur. Makronun da qalıb-qalmayacağı məlum deyil. Buna görə Moskva üçün Fransadakı prezident seçkilərində ya Makronun ya da Pekresin seçilməsi olduqca vacibdir. Fransada kimin hakimiyyətə gəlməsi gələcək aylarda Ukrayna ətrafındakı proseslərə təsir edəcək. İkincisi, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı ola bilər. Onun son açıqlamaları kifayət qədər ciddidir. “Qarabağ hüquqi cəhətdən Azərbaycansız ola bilməz” deyən Paşinyan həqiqəti dilə gətirdi. Təkcə BMT tərəfindən bir neçə dəfə Qarabağın işğal edildiyi təsdiq olunub.

– 1993-cü ildə qəbul edilən Qətnamələrdə həm də belə bir ifadə var: Azərbaycanın sərhəd toxunulmazlığı.

– 21 dekabr 2001: BMT- ATƏT əməkdaşlığının müzakirəsi zamanı BMT Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı haqqında Qətnamə qəbul edib.

– 2008-ci il: BMT Baş Assambleyası Qarabağ Azərbaycandır deyib. Həmin gün BMT Baş Assambleyasının əksər dövlətləri Qarabağı Azərbaycanın ərazisi kimi bir daha tanıyıblar. Aşağıdakı cümlələrdən istifadə olunub:

A. Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

B. İşğal altındakı torpaqlardan erməni hərbi birləşmələri çıxmalıdırlar.

Yeri gəlmişkən, 2008 -ci ildə Minsk qrupunun həmsədr dövlətləri Qətnamənin əleyhinə səs vermişdilər. Bu isə təsadüfi deyil. Həm keçmişdə, həm də indi Qarabağ mövzusunda ABŞ, Fransa və Rusiya arasında konsensus olub”.

Ermənistan demokratiyası haqqında rəy dağılır” - Zaur Məmmədov

Politoloq əlavə edib ki, son həftələr ərzində fransızların Ermənistana səfərləri, bir neçə namizədin sülhməramlıların qarşısından keçərək Xankəndinə getməsi geosiyasi mahiyyət daşıyır: “Bununla da, şimal həm Fransadakı gələcək elektoral proseslərə müdaxilə edir, həm də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərlə bağlı öz mövqeyini ortaya qoymuş olur. Öz növbəsində Ermənistanın baş naziri Paşinyanın çıxışı onun bütün separatçılar tərəfindən mövzuyla bağlı səlahiyyətsiz şəxs elan edilməsinə gətirib çıxarır. Beləcə, həm Ermənistan, həm də separatçılar demarkasiya-delimitasiya məsələsində öz aləmlərində “oyun” qurmuş olurlar. Amma bütün tərəflər bilsinlər ki, XXI əsr bizim əsrdir. Azərbaycan bundan sonra da hədəflərinə layiqincə çatacaq”.


Geri dön