Ana Sayfa > Karusel / Təhsil > Bakı məktəblərində müəllimlərin sayı və maaşı bu qədərdi - STATİSTİKA
Bakı məktəblərində müəllimlərin sayı və maaşı bu qədərdi - STATİSTİKA29-12-2021, 13:58. Yazar: Admin |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.
Onlardan 17 939 nəfəri artıq 3-cü doza peyvənd olunub.
Müsabiqələr nəticəsində 2 243 nəfər işə qəbul olunub. Bunlardan: 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib. Müsahibələr nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.
2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.
117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib. Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib. 2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.
Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib. Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib. 2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib. Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub
Geri dön |