Qarabaginfo.az xəbər verir ki,, bu, XİN-in 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Bildirilib ki, ölkəmizin tranzit-nəqliyyat potensialının gücləndirilməsi istiqamətində Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri və marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin, regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti müxtəlif platformalardan təbliğ edilmişdir.
“Cənub Qaz Dəhlizinin tam istismara verilməsi nəticəsində Azərbaycan 2021-ci il ərzində İtaliya, Yunanıstan və Bolqarıstana qaz təchiz etməklə bu ölkələrin və bütövlükdə Avropa İttifaqın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə davam etmişdir”, - qeyd edilib.