Ana Sayfa > Karusel / Region > Peqovun yeni Hadrut yalanı: "Komando" Türkiyə hərbi bazasıdır"

Peqovun yeni Hadrut yalanı: "Komando" Türkiyə hərbi bazasıdır"


29-12-2021, 10:23. Yazar: Admin

Axtarışda olan bloger yenə sərsəm iddialar ortaya atıb; polkovnik: “Peqov hazır olsun, daha bir neçə belə hərbi hissə açılacaq…”

Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə də ölkəmizə qarşı öz təxribatçı əməllərini davam etdirir. Bu dəfə onun “Wargonzo” teleqram kanalı yazıb ki, Prezident İlham Əliyevin Hadrutda açılışını etdiyi “Komando” hərbi hissəsi guya Türkiyə hərbi bazasıdır, əsgərlər də Türkiyə əsgərləridir, Azərbaycan özü belə bir hərbi hissə açmaq gücündə deyilmiş. Yada salmaq yerinə düşər ki, Peqov 44 günlük müharibə dövründə də Hadrutla bağlı yalan məlumatlar yayırdı. Azərbaycan əsgəri bu qəsəbəni işğaldan azad etdikdən sonra bloger iddia edirdi ki, Azərbaycan tərəfinin xəbəri “yalandır, hazırda özü də oradadır və sairə…” 

Bugünlərdə də Qarabağa gələrək separatçıların yanında görünmüş Peqovun kimlərin əlinə baxdığı, hansı məkrli informasiya fəaliyyətini göstərdiyi göz qabağındadır. Rusiyadakı erməni lobbisinin pul kisəsindən asılı olan Peqov növbəti yalanı ilə dünyaya və ermənilərə mesaj verir ki, guya Türkiyə ordusu Qarabağa yerləşib, burada NATO ölkəsinin hərbi bazası qurulub.

Əvvəla, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hər hərbi alyansa qoşulmur, heç bir dövlətin ərazilərimizdə silahlı qüvvələri, bazası yerləşməyib. İkincisi, olsa belə, bu, Azərbaycanın öz ixtiyarında olan məsələdir. Eyni zamanda Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb, bu iki qardaş ölkədən hansının ərazisinə xarici təhdid olacaqsa, digərinin torpağına hərbi müdaxilə kimi qiymətləndiriləcək və öz ordusunu cəlb edə bilər. Lakin bunların hazırda heç biri olmadığına görə Türkiyə ordusunun ərazilərimizdə yerləşməsinə zərurət yoxdur. O zaman Hadrut zəfəri və orada yeni elit bölmənin yerləşdirilməsi ermənilərə niyə bu qədər ağır təsir edib? Peqovun bu yalanları nəyə xidmət edir? Peqov Hadrutda möhkəmlənməyimizdən nə üçün narahatlıq keçirir?

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Qarabaginfo.az xəbər verir ki, polkovnik Üzeyir Cəfərov musavat.com-a qeyd edib ki, Peqov kimi avantürüstün hər sözünə reaksiya verməyə məcbur deyilik.

Onun sözlərinə görə, bu bloger axtarışda olan adamdır və biz onu saxlamalıyıq: “Təəssüf ki, Moldova onu saxlasa da, Azərbaycana vermədi. Amma belə təxribatçıların da sonu gələcək, heç darıxmasın. ”Komando”ya gəlincə, orada peşəkar azərbaycanlı hərbçilərdir. Peqovun nə sayıqlamasından asılı olmayaraq, bizim əsgərlərimiz Hadrutda xidmət keçir. Sadəcə, Türkiyə faktorunu qabardır ki, guya Azərbaycanın ordu qurmağa gücü yoxdur. Onlar Azərbaycanda və Türkiyədə təlim keçmiş hərbçilərdir. Peqov hazır olsun, daha bir neçə belə hərbi hissə açılacaq”. Ü.Cəfərovun sözlərinə görə, Peqov bu cür yalanlarla Rusiyaya da mesaj verir: “Guya Moskva görsün ki, türk ordusu Qarabağdadır. Amma onun provokativ informasiyalarına heç kəs inanmır. Azərbaycan Müdafiə Nazirliyinin müşavirəsi də sıradan deyildi, Yeni il ərəfəsi hansısa təxribatların qarşısını almağa hazırlıq məqsədi gedir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin, ordu birləşmələri strukturunun formalaşmasında,  kadr hazırlığında Türkiyə Silahlı Qüvvələrinin rolu danılmazdır: “O cümlədən ”Komando”nun hazırlığı Türkiyə təlim mərkəzlərində keçirilib və Azərbaycan bunu sirr olaraq saxlamır. Müdafiə Nazirliyi də bugünlərdə “Komando” hərbi birləşməsində olanların kursdan gəldiklərini açıqlamışdı. Amma şəxsi və zabit heyətinin Türkiyə hərbçilərindən olması haqda deyilənlər həqiqət deyil”.

Ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycan arasında razılaşmaya əsasən müxtəlif qoşun növlərinin, eləcə də “Komando”nun formalaşdırılmasında türk hərbçi təlimatçıların iştirakı da sirr deyil: “Bunu da Azərbaycan gizlətmir, Prezident sərəncamı ilə təsdiq edib, 4 türk generalın Azərbaycanda fəaliyyəti heç kəsə sirr deyil. Ona görə Peqov və bəzi rus saytlarının səsləndirdiyi fikirlər qərəzlidir. Burada yeni informasiya yoxdur. Sadəcə, Rusiyadakı bəzi dairələri Azərbaycana qarşı qaldırmaq və NATO ordusunun guya Azərbaycanda dislokasiya olmasını sübuta yetirmək istəyirlər. Bunlar yalandır və müharibə dövründə də Rusiyanın bəzi mətbuat orqanları yalanlar yazırdılar və onların əsassız olduğu da o zaman təsdiqləndi”.

Akif Nağı — Vikipediya

 Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, Peqova üzdəniraq lobbiçiliyi üçün yaxşı pul ödənilib: “O da bunun qarşılığında çalışır ki, ağalarına yaxşı ”xidmət” etsin. Yəni bu pulun ona nahaqdan verilmədiyini, doğrudan da “iş gördüyü”nü sübut etmək üçün ağlına nə gəlir danışır, yazır. Peqovun yazdıqları heç yerdə ciddiyə alınmır. Necə ki, İkinci Qarabağ müharibəsi dövründə nə Rusiyada, nə də başqa yerdə ictimai rəyə təsir göstərdi. Peqovun böhtan dolu fikirləri həm də erməni lobbisinin və Ermənistanın təlaşını, təşvişini göstərir. Hadrutda “Komando”nun açılması çox mühüm bir hadisədir və Azərbaycanın böyük uğurlarından biridir.

QAT sədrinin fikrincə, Ermənistan özü belə hissələr yarada bilmir, heç Rusiyada da bizim bu hərbi hissənin bənzəri olan hərbi hissələr, birləşmələr yoxdur: “Onun saxta məlumatları, saxta təbliğat kampaniyaları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri ürəkləndirməyə xidmət edir. Digər tərəfdən də, həm Rusiyanın, həm də Qərb ölkələrinin diqqətini Türkiyə üzərinə yönəltmək istəyirlər. Amma heç nə edə bilməyəcəklər, çünki proses gedir”.

Qeyd edək ki, “Komando” briqadaları ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdırlar. Bu briqadalar muxtar, təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb döyüş əməliyyatlarını aparmağa qadirdirlər. Türkiyədə “Komando” birlikləri antiterror əməliyyatlarında böyük rol oynayır. Ümumiyyətlə, “Komando” hərbi birlikləri hazırlıqlı olduğuna görə hər hansı döyüşlərdə çox itki vermək riskini aşağı salır.(konkret.az)


Geri dön