Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.
O bildirib ki, İranın bu mərhələdə konstruktiv yanaşma ilə qayıdacağını söyləmək hələ tezdir: “İran BHFP-ya qayıtmaq istiqamətində çox yavaş irəliləyir. Bu belə davam edə bilməz, çünki razılaşmaya qayıtmaq üçün vaxt məhduddur”.
Qeyd edək ki, bundan əvvəl İranla BHFP-nin bərpası üzrə danışıqların iştirakçıları nəticə etibarı ilə texniki tərəqqi olduğunu bəyan ediblər. Bu barədə Britaniya, Fransa və Almaniya diplomatları tərəfindən fikir səsləndirilib.