Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 7 qanun layihəsi qəbul edilməyib.
Qarabaginfo.az xəbər verir ki, parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb:
- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
- “Ali təhsil haqqında” qanun layihəsi;
- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi.
İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilməyib.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilmiş qanun layihələrindən “Turizm haqqında” qanun layihəsi qəbul edilib.