Ana Sayfa > Karusel / Dünya > Dmitri Polyanski: "Vaqner" ÖHŞ-in Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur"

Dmitri Polyanski: "Vaqner" ÖHŞ-in Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur"


28-12-2021, 23:16. Yazar: Admin

Malidə fəaliyyət göstərən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çərşənbə axşamı keçirdiyi mətbuat konfransında çıxış edərkən bildirib.

"Vaqner qrupunun guya iştirakına gəlincə, bunun hakimiyyətlə heç bir əlaqəsi yoxdur və dövlət tərəfindən heç bir dəstək yoxdur. Əgər o, bazarda mövcuddursa, o zaman hər bir ölkənin onunla əməkdaşlıq edib-etməməsinə qərar vermək imkanı var", - o vurğulayıb. 

Qeyd edək ki, "Vaqner” Qrupu, yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkət) Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli olan qeyri-rəsmi silahlı birləşməsi kimi tanınır. Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve, Mərkəzi Afrika Respublikası (MAR), Mali də daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri iddia olunur.(virtualaz.org)


Geri dön