Ana Sayfa > Karusel / Gündəm > Səhiyyə nazirinin I müavini: “Koronavirus yalnız xəstəxanada müalicə olunur”
Səhiyyə nazirinin I müavini: “Koronavirus yalnız xəstəxanada müalicə olunur”28-12-2021, 18:25. Yazar: Admin |
“Evdə müalicə yoxdur, evdə dəstək var”. Qarabaginfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib. “Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur”, - vurğulayıb. Nazir əvəzi poliklinikalar tərəfindən evdə müalicə alan şəxslərə vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”. Geri dön |