Ana Sayfa > Karusel / Gündəm > Əks-göstəriş sertifikatı ilə bağlı müraciətlərin sayı açıqlanıb
Əks-göstəriş sertifikatı ilə bağlı müraciətlərin sayı açıqlanıb28-12-2021, 18:23. Yazar: Admin |
Bu günə qədər ölkədə koronavirus peyvəndinə qarşı əks-göstəriş sertifikatı ilə bağlı təxminən 69 minə yaxın müraciət olub. Qarabaginfo.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müraciət edənlərdən 40 minə yaxını süd verən analar, 10 404 nəfər isə hamilələr, 6000-dən çox xroniki xəstəliyi olanlardır: “Hazırda xroniki xəstəliklə bağlı müraciətlərin sayı azalıb. Xəstəliyi olanlarla bağlı göstərici ortalama 7 faizdir. Proses elektron olduğundan burada heç bir əlavə müdaxilədən söhbət gedə bilməz”. Geri dön |