Ana Sayfa > Karusel / Gündəm > Peyvənd olunanların SAYI

Peyvənd olunanların SAYI


28-12-2021, 17:59. Yazar: Admin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə 31 242 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 038 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 132, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 027 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 255 847, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 161 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 666 161, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 428 647 təşkil edir.

 


Geri dön