Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisi əhalini vaksinasiya olunmağa çağırıb

Prezidentin köməkçisi əhalini vaksinasiya olunmağa çağırıb


28-12-2021, 17:30. Yazar: Admin

 

Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

“Mövcud vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Emi tədqiqatlar da göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyəı malikdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

“Ancaq həmin tədqiqatlardan da görünür ki, ikinci dozadan 4 ay sonra həmin immunitet azalmağa başlayır. Yəni qoruyucu immunitetin tədricən azalması müşahidə edilir. Bunun üçün isə buster dozanın vurulması tövsiyə olunur. Azərbaycanda da bu prosesə başlanılıb. Artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Hazırda da bu proses davam edir”, - o bildirib.


Geri dön