Ana Sayfa > Karusel / Gündəm > Əli Həsənovun əlindən alınan binada nələr vardı?

Əli Həsənovun əlindən alınan binada nələr vardı?


28-12-2021, 16:34. Yazar: Admin
Əli Həsənovun əlindən alınan binada nələr vardı?

 

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov layiq olduğu növbəti zərbəni alıb.

Ağır Cİnayətlər Məhkəməsi onun böyük aktivini - Mətbuat prospektində yerləşən, dəyəri 36 milyon manat olaraq qiymətləndirilən binanı müsadirə edib. Bəs həmin binada nə vardı? Əli Həsənovun vəzifədə olduğu zaman binadakı ayrı-ayrı mərtəbələr və ya otaqlar müxtəlif qurumlara icarə verilmişdi.

“Yeni Sabah” həmin icarədarların siyahısını təqdim edir:

Binada Ə. Həsənova birbaşa bağlı olan Beynəlxalq Mətbuat Mərkəzi, "Kaspi" qəzeti, Novosti-Azerbaydjan saytının redaksiyaları, "Araz" FM radiosu, "RİA Novosti" Agentliyinin Azərbaycan şöbəsi, Jurnalistlərin Həmkarlar İttifaqı, habelə bir sıra QHT-lər yerləşirdi. 

Məlumata görə Ə. Həsənov özünə birbaşa bağlı olan bu qurumlardan da icarəhaqqı alırmış. Yəni bir tərəfdən dövlət xətti ilə həmin qurumlara maliyyə ayırır, digər tərəfdən isə icarəhaqqı alırmış.  

Bundan başqa binada birinci mərtəbə uzun müddət Beynəlxaq Banka icarə verilib. Sputnik.az, Bilik Fondu, “Azərbaycan müəllimi” qəzeti, “Strategiya” jurnalı, Aznews.az saytı, Kaspi Art, Burc fm , KİVDF və digər qurumlar da bu binada icarədar kimi fəaliyyət göstəriblər.


Geri dön