Ana Sayfa > Karusel / Dünya > Baydenin köməkçisi polşalı rəsmilərlə Rusiya və Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib

Baydenin köməkçisi polşalı rəsmilərlə Rusiya və Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib


28-12-2021, 09:04. Yazar: Admin

 

Baydenin köməkçisi polşalı rəsmilərlə Rusiya və Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox və Polşa prezidenti Anjey Dudanın ofisinin beynəlxalq məsələlər üzrə nümayəndəsi Yakub Kumox ilə telefon danışığında Rusiya və Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin danışıqların yekunlarına dair verdiyi yazılı açıqlamada deyilir.

Tərəflər Rusiyanın Ukrayna ilə sərhədə yaxın ərazilərdə yerləşdirdiyi hərbi birləşmələrlə bağlı fikir mübadiləsi aparıblar və diplomatik səylərdə müttəfiqlərin birliyinin vacibliyini təsdiqləyiblər.

“Sallivan ABŞ-ın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini dəstəklədiyini bir daha təsdiqləyib və Birləşmiş Ştatların öz ölkələrini müdafiə edən şərq cinah müttəfiqlərini dəstəkləməyə hazır olduğunu vurğulayıb”, - məlumatda deyilir.


Geri dön