Rusiyada LDPR lideri Vladimir Jirinovski Birinci kanalın efirində çıxışı zamanı Yeni il gecəsi Ukraynanı və Qərb ölkələrini bombalamağa çağırıb. Rusiya KİV-lərinin xəbərlərinə görə Jirinovski bildirib: “Onları dekabrın 31-dən yanvarın 1-nə keçən gecə sadəcə olaraq darmadağın etmək lazımdır. Səhər saat 4-də, 5-də. Hamısını bombalamaq vacib deyil! Amma seçimlə-onlardan kimisə qorxutmaq, kimisə cəzalandırmaq lazımdır”.
Jirinovski əlavə edib ki, o özü prezident olsaydı belə əmr verərdi.