Ana Sayfa > Karusel / Dünya > Fransada Yeni illə bağlı məhdudiyyətlər tətbiq edilib

Fransada Yeni illə bağlı məhdudiyyətlər tətbiq edilib


28-12-2021, 00:10. Yazar: Admin

 

Fransada Yeni illə bağlı məhdudiyyətlər tətbiq edilib

Fransanın Nazirlər Şurasının fövqəladə iclası başa çatıb.

Qarabaginfo.az “Figaro”ya istinadla xəbərinə görə, Baş nazir Jan Kasteksin rəhbərliyi ilə keçirilən iclasda sərt karantin tətbiq etməmək qərara alınıb.
Bununla belə, Yeni il gecəsi üçün müəyyən məhdudiyyətlər tətbiq edilib. 31 dekabr – 1 yanvar tarixlərində hərəkət sərbəst olsa da, küçələrdə spirtli içki və qida satışı qadağan edilib. Dərslər isə yanvarın 3-dən bərpa olunacaq.

Bundan əlavə, müəssisələrdən insanların əsassız şəkildə cəmləşməsi qadağan edilir. Yaxın 3-4 həftə ərzində həftədə 3 gün məsafədən iş rejimi tətbiq olunacaq.(Apa)


Geri dön