Ana Sayfa > Karusel / Gündəm > Özbəkistan prezidenti Azərbaycana gələcək

Özbəkistan prezidenti Azərbaycana gələcək


6-02-2019, 14:39. Yazar: Admin

 

 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər edəcək.

"Qarabaginfo"nun “UPL 24” saytına istinadən xəbərinə görə, o, ötən il aprelin 12-də Prezident İlham Əliyevlə baş tutan telefon danışığı zamanı Azərbaycana dəvət edilib.

İnformasiyanı Özbəkistanda səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev təsdiqləyib. Ş.Mustafayev səfərlə bağlı məsələləri Özbəkistan baş nazirinin müavini Elyor Qaniyevlə müzakirə edib.

Səfərin dəqiq tarixi barədə məlumat verilmir.


Geri dön