Ana Sayfa > Karusel / Gündəm > Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib

Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib


27-12-2021, 17:24. Yazar: Admin

 

Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib

Dekabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.


Geri dön